Qılıncoynadanımız Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.
Offsideplus.az xəbər verir ki, o, finalda Mannon Brunetə (Fransa) 15:10 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, A.Başda buna qədər yarımfinalda Rossella Qreqorioya (İtaliya) 15:13, 1/4 finalda Emura Misakini (Yapniya) 15:11, əsas mərhələnin ilk görüşündə Anastasiya Şorokovanı (Rusiya) 15:9, ardınca Julike Funkeni (Almaniya) 15:11, ən güclü "8-liy"ə yüksəlmək uğrunda görüşdə TEnn-Elizabet Stouna (ABŞ) 15:9 hesablı ilə qalib gəlmişdi.