Boksçumuz Alfonso Dominges Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 86 kq-da mübarizə aparan idmançımız Pol-Andrey Aradoae (Rumıniya) ilə qarşılaşıb və qələbə qazanaraq növbəti mərhələ yüksəlib. Onun 1/4 finaldakı rəqibi Şarapuddin Atayev (Rusiya) olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 boksçusu - Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.