Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı Camal Feyziyev iki idman növündə medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı idmançı əvvəlcə kureş yarışında çıxış edib. O, mütləq çəkidə qızıl medala sahib olub.

Bu gün isə Feyziyev cüdoçuların yarışına qatılıb və 100 kq-dan yuxarı çəkidə bürünc medala yiyələnib.