Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, altıncı yarış günündə daha 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

67 kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız Həsrət Cəfərov finalda Ermənistan təmsilçisi Sahak Hovannisyanı 7:0 hesabı ilə məğlub edərək dünya çempionu adını qazanıb.