Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 3 pəhləvanımız final görüşünə çıxıb. Hər üç güləşçimiz məğlub olaraq "gümüş"lə kifayətlənib.  70 kq çəki dərəcəsində Cəbrayıl Hacıyev iranlı İrfan Elahiyə 5:6, 65 kq-da isə rusiyalı Şamil Məmmədovla qarşılaşan Zirəddin Bayramov 1:4 hesabı ilə uduzaraq gümüş medal sahibi olub.

79 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əşrəf Aşırovun final görüşü isə maraqlı anlarla yadda qalıb. Belə ki, iranlı rəqibi Məhəmməd Noxodilarimi ilə (4:7) xal fərqini ikiyə endirən Aşırov ardınca döşəkdən çıxıb. Bu məqamda məşqçi Cəbrayıl Həsənov əsəblərini cilovlaya bilməyərək, güləşçimizə qarşı "Kişiliyin olsun, bir" ifadələrini işlədib.

Həmin görüntüləri təqdim edirik: