Azərbaycanlı kikboksçu, "Kobra Pərviz" ləqəbli Pərviz Abdullayev Türkiyənin İstanbul şəhərində təşkil olunan “Akın döyüş arenası” turnirində qazandığı kuboku “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova hədiyyə edib.
Offsideplus.az xəbər verir ki, bu barədə iş adamı özünün "Feysbuk" səhifəsində paylaşım edib.
O, Pərvizlə birgə çəkdirdiyi şəkli paylaşaraq bu sözləri yazıb: "Əziz qardaşım dünən qazandığı kuboku mənə hədiyyə etməsi ilə məni qürurlandırdı. Həyatda qardaşıma həmişə uğurlar".