Sərbəst güləş üzrə yığmamızın üzvü Hacımurad Hacıyev Polşanın paxtaxtı Varşava şəhərindəki "Poland Open" turnirində bürünc medal görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 74 kq-da mübarizə aparan pəhləvanımız yerli güləşçi Kamil Ribiçki ilə qarşılaşıb.
Rəqibinə 9:1 hesabı ilə qalib gələn Hacıyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, yarışın ilk günündə Hacı Əliyev (70 kq) bürünc medal qazanıb.