Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan cüdoçusu Orxan Səfərov bürünc medal uğrunda görüşə çıxıb. 66 kq-da yarışan idmançı rusiyalı Yaqub Şamilova uduzaraq  beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.