Boks üzrə Azərbaycan millisinin daha bir üzvü Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Offsideplus.az xəbər verir ki, Cavid Çəbiyev Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesi (İrlandiya) məğlub edib.
Çəbiyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş olimpiadaya da qatılıb.
Qeyd edək ki, daha öncə yığmanın heyətində Tayfur Əliyevin (57 kq) lisenziyanı təmin etmişdi. Tokio-2020 bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək (Report).