Bu gün Kazanda keçirilən "Böyük Dəbilqə"də sonuncu idmançımız mübarizə aparıb.
Offsideplus.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxıb.
O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə slovakiyalı Marius Fizelə qalib gəlsə də, növbəti raundda braziliyalı Rafael Silvaya ipponla uduzub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.