Polşanın paytaxtı Varşava şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, aprelin 21-23-də qadın güləşçilər qitə birinciliyində mübarizə aparacaq.
Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
50 kq
1/4 final: Mariya Stadnik - (Rusiya) - Yekaterina Poleşçuk (Rusiya)
53 kq
1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya)
65 kq
1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus)
68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç)
76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya)
Qeyd edək ki, sabah Mariya Stadnik, Elis Manolova və Səbirə Əliyeva mübarizəyə start verəcək. Tatyana Varansovayla İrina Netreba isə növbəti gün xalça üzərinə çıxacaq.