Yay Olimpiya Oyunlarının startına 100 gün qalmış, "Globoesporte" nəşri olimpiadada müxtəlif idman növləri üzrə çıxış edəcək 100 ən yaxşı idmançının siyahısını tərtib edib.
Offsideplus.az xəbər verir ki, siyahıda yeganə karateçi 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev olub.
"100-lük"də Braziliya millisinin və Fransa PSJ-nin ulduz futbolçusu Neymar, məşhur tennisçilər - ispaniyalı Rafael Nadal, serbiyalı Novak Cokoviç və isveçrəli Rocer Federer, ABŞ təmsilçisi Serena Uilyams, basketbolçular Lebron Ceyms və Stefen Karri kimi digər tanınmış simalar da var.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.