Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyay qazanıb.

Offsideplus.az xəbər verir ki, yığmamıza növbəti vəsiqəni sərbəst güləşçi Hacımurad Hacıyev qazandırıb.

O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda Maksim Vasiloqlodan (Rumıniya) üstün olub. Təmsilçimiz rəqibinə 7:0 hesabı ilə qalib gələrək, finala da vəsiqə qazanıb.

Qeyd edək ki, buna qədər ölkəmiz 16 lisenziya əldə etmişdi.