Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən 24-cü beynəlxalq yarış start götürüb.

Offsideplus.az xəbər verir ki, turnirin ilk günündə 11 azərbaycanlı idmançı mübarizəyə başlayıb. Əfqan Xaşalov ilk görüşdə belaruslu güləşçiylə məğlub olub. Mahir Əmiraslanov isə ukraynalı güləşçi üzərində qələbə qazanıb. Yunan rəqibi döyüşə çıxmadığından, Əli Rəhimzadə təsnifat mərhələsini güləşmədən adlayıb.

Mübarizəyə 1/16 finaldan qoşulan Turan Bayramov Ukraynanı təmsil edən erməni güləşçiyə son dəqiqədə “tuşe” ilə qalib gəlib.