İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxan Davud Məmmədsoy qalib gəlib.
Offsideplus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Rusiya təmsilçisi Ramazan Abdulaevə qalib gəlib. O, qızıl medal uğrunda gürcüstanlı Temur Nozadze ilə görüşəcək.
Eyni çəkidəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenziyə (Böyük Britaniya) uduzub.
66 kq-dakı Avropa çempionu Orxan Səfərov 1/8 finalda Amit Boboviçlə (İsrail) bacarmayıb, Nicat Şıxəlizadə isə Petr Jukovu (Rumıniya) məğlub etsə də, 1/4 finalda Artur Tenin (Qırğızıstan) müqavimətini qıra bilməyib. O, təsəlliverici görüşdə Muxriddin Tilovovla (Özbəkistan) qarşılaşacaq.
Qadınların yarışında Leyla Əliyeva 1/6 finalda Şira Rişoni (İsrail) ilə dueldən məğlub ayrılıb. Eyni çəkidəki Aişə Qurbanlı onun həmyerlisi Tamar Malkaya qalib gəlsə də, 1/8 finalda Şirine Buoukliyə uduzub.
57 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva da ilk görüşdə Eleudis Valentimə (Braziliya) qalib gəlib, 1/8 finalda isə Astride Gnetoya (Fransa) məğlub olub.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 20-də yekun vurulacaq. Azərbaycan millisi yarışda 15 cüdoçu ilə təmsil olunur.