Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Fransanın Nitsa şəhərində keçirilən Qran-pri turnirindən əvvəl zədələnib.
xəbər verir ki 65 kq çəki dərəcəsində çıxış edən idmançı məşqlərin birində xəsarət alıb və yarışı buraxmalı olub.
24 yaşlı güləşçinin adı Qran-prinin ilkin siyahısında yer almışdı. Əli Rəhimzadə 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında bürünc medal qazanıb.
65 kq-dakı titullu idmançı Hacı Əliyev isə Fransadakı beynəlxalq turnirdə iştirak etmək istəməyib.
Qeyd edək ki, üç gün davam edəcək yarışda ölkəni sərbəst və yunan-Roma güləşçiləri təmsil edəcək.