Boks üzrə ağır çəkidə hazırkı dünya çempionu Tayson Fyüri kosmosa uçmağı düşünür.

Offsideplus.az Sun-a istinadən xəbər verir ki, bu britaniyalı idmançının çoxdankı arzusudur. 32 yaşlı Fyüri açıqlamasında bu sözləri deyib:

"Həmişə aya baxıb, nə vaxtsa ora uçmaq istədiyimi düşünmüşəm. Bu il bir şirkətdən kosmik səyahətə yazılma fürsəti yarandı. Hesab edirəm ki, 2021-ci ilin ortalarında uçacağıq. Siyahıda birincilərdən olacağam. Ümid edirəm ki, alınacaq. Çünki gözləyə bilmirəm".