Tanınmış iranlı güləşçi, dəfələrlə ölkə və dünya çempionu olmuş Navid Əfkari 2018-ci ildə İranın iqtisadi siyasətinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün edam cəzasına məhkum edilib.
Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı idmançı ölüm hökmü və 74 şallaq zərbəsi alıb. Onunla birlikdə iki qardaşı - Vahid və Həbib də mühakimə olunub. Qardaşlardan biri 54 il, ikincisi isə 27 il həbs cəzası alıb.
Artıq UFC rəhbəri Deyna Uayt bu məsələdə kömək üçün ABŞ prezidenti Donald Trampa müraciət ünvanlayıb.