Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında rekorda imza ata bilər.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı idmançı qızıl medal qazansa, buna nail olan ən yaşlı qadın güləşçi olacaq.

Hazırkı rekord yaponiyalı 4 qat olimpiya və 10 qat dünya çempionu Kaori İtyoya məxsusdur. O, Rio-2016 Yay Olimpiya Oyunlarında 32 yaş 4 ay, 3 günündə ikən 58 kq çəki dərəcəsində qızıl medal qazanıb. 

Qeyd edək ki, Tokio-2020 koronavirus pandemiyası ilə əlaqədar gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.