Taekvondo yığmamız İsveçin Helsinqborq şəhərində keçirilən “Prezident Kuboku”da 4 medal qazanıb.
Offsideplus.az xəbər verir ki, Avropa regionu üzrə sayca 5-ci olan turnidə Payam Qobadi Oğaz 87 kq çəki dərəcəsində qızıl medal qazanıb. Ayxan Tağızadə (74 kq), Radik İsayev (87+ kq) və Patimat Abakarova (53 kq) yarımfinalda məğlub olaraq yarışı bürünc medalla tamamlayıb.
Yığmanın üzvləri fevralın 22-də keçiriləcək “Helsinqborq Open” beynəlxaq turnirində də qüvvələrini sınayacaq.