Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu “Masters” turnirində gümüş medal qazanıb.

Offsideplus.az xəbər verir ki, sonuncu yarış günündə 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı finalda hollandiyalı Tesso Savelkoulsa uduzub.

Qeyd edək ki, Azərbaycan millisi yarışa 11 cüdoçu ilə qatılıb. Kindzerskadan öncə yalnız Rüstəm Orucov (73 kq) bürünc medal əldə

 

*** 11:24

Çinin Tsindao şəhərində keçirilən cüdo üzrə “Masters” turniri yekunlaşmaq üzrədir.

Offsideplus.az-ın məlumatına görə, üçüncü - sonuncu gündə Azərbaycan yığmasının daha 5 cüdoçusu yarışa qoşulub.

Kişilər arasında 90 kq Məmmədəli Mehdiyev 1/16 finaldan mübarizəyə qoşulub. O, ilk rəqibi Aleksandar Kukoliyə (Serbiya) məğlub olaraq, medaldan əlini üzüb.

100 kq çəkidə iki idmançımız iştirak edib. Ancaq həm Elmar Qasımov, həm də Zelim Kotsoyev uğursuz start götürüb. Onlar 1/16 finalda müvafiq olaraq Peter Paltçik (İsrail) və Arman Adamyana (Rusiya) yenilərək mübarizəni dayandırıblar.

 Uşanqi Kokauri ilk rəqibi Ruslan Şahbazovu (Rusiya) üstələsə də, 1/8 finalda braziliyalı David Mouraya uduzub.

Qadınlar arasında +78 kq İrina Kindzerska kişilərdən fərqli, daha uğurlu çıxış edib. 1/16 finalda yarışa qoşulan cüdoçumuz ardıcıl olaraq Anne Fatumata Bayro (Fransa), Yanan Yianq (Çin) və Bitrayz Souzanı (Braziliya) məğlub edərək, yarımfinala yüksəlib. Onun final yolundakı rəqibi Cənubi Koreya təmsilçisi Hayun Kim olacaq.