Azərbaycan cüdoçusu Telman Vəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Qran-pridə bürünc medal qazanıb.
Offsideplus.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.
Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb.
Beləliklə, Azərbaycan cüdoçusu Budapeşt Qran-prisində fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.