Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.
Minsk-2019
Qadın güləşi
50 kq
Komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, polşalı Anna Lukasiakı döşək üzərinə çıxmağına peşman edib - 10:0. Stadnik yarımfinalda Evin Dəmirhanla (Türkiyə) güləşəcək.
57 kq
Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finaldan başladığı Oyunlarda ilk rəqibi Ramona Qalambos (Macarıstan) üzərində çətinlik çəkməyib - 10:0. Lakin güləşçimiz 1/4 finalda bolqar rəqibi Mimi Xristova ilə bacarmayıb (0:6).
62 kq
Elmira Qəmbərova da ilk görüşünü 1/8 finalda keçirib. Luzi Manke (Almaniya) təmsilçimiz önündə tab gətirə bilməyib. Rəqibini 4:0 hesabı ilə üstələyən Qəmbərovanın 1/4 finaldakı qurbanı isə Katarzina Madrovska olub. Polşalı rəqibinə 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın final yolundakı son maneəsi Krişta İnçze (Rumıniya) olacaq.
76 kq
Səbirə Əliyeva da yarışa uğurlu start götürüb. O, yunanıstanlı Aykaterinierini Pitsiavaya göz açmaq imkanı verməyib - 9:0. 1/4 finaldakı rəqib Georgina Neltorp (Böyük Britaniya) da idmançımızla bacarmayıb. Bu dəfə hesab 8:2 olub. Əliyeva yarımfinalda almaniyalı Frensi Rideltlə qarşılaşacaq.
Bundan əlavə, ötən gün finala yüksələn iki güləşçimiz bu gün həlledici görüşlərdə qızıl medal axtarışına çıxacaqlar.
Sərbəst güləş
65 kq
Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev turnirə erməni güləşçi Valodya Franqulyanla start verib və rəqibinə göz açmağa imkan verməyib - 6:0. İdmançımız 1/4 finalda belaruslu George Koliyevi sınağa çəkib. Koliyev görüşə yaxşı başlasa da, idmançımız əzmkarlıq nümayiş etdirərək, 7:5 hesablı qələbəyə sevinib. Əliyev yarımfinalda Ukraynanı təmsil edən Xor Oqannesyanla qarşılaşıb. Gərgin keçən görüşdən qalib ayrılan pəhləvanımız finala yüksəlib. Onun son rəqibi gürcüstanlı Vladimer Xiceqaşvili olacaq.
97 kq
Nurməhəmməd Hacıyevin ilk rəqibi polşalı Radoslav Baran olub. Rəqibini 8:0 hesabı ilə üstələyən idmançımız 1/4 finalda Elizbar Odikadze ilə qarşılaşıb. Gürcüstan təmsilçisi də Nurməhəmmədlə bacarmayıb. Hacıyev bu dəfə 7:3 hesablı qalibiyyətlə yarımfinala yüksəlib. Onun final yolundakı rəqibi Murazi Mçedlidze (Ukrayna) olub. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Hacıyev qızıl medal uğrunda mübarizə aparacaq. Həlledici görüşdə Nurməhəmməd bu çəkinin şəksiz lideri rusiyalı Abdulrəşid Sadullayevlə üz-üzə gələcək.
Qeyd edək ki, ilk yarış günündən sonra millimiz 1 qızıl, 2 bürünc medal əldə edib.
***
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, , iyunun bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulacaq.
Minsk-2019
Qadın güləşi
50 kq
Komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verəcək. Onun rəqibi Anna Lukasiak (Polşa) olacaq.
57 kq
Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finaldan başladığı Oyunlarda ilk rəqibi Ramona Qalambos (Macarıstan) üzərində çətinlik çəkməyib - 10:0. Güləşçimiz 1/4 finalda bolqar Mimi Xristovanı sınağa çəkəcək.
62 kq
Elmira Qəmbərova da ilk görüşünü 1/8 finalda keçirib. Luzi Manke (Almaniya) təmsilçimiz önündə tab gətirə bilməyib. Rəqibini 4:0 hesabı ilə üstələyən Qəmbərova 1/4 finalda Katarzina Madrovska (Polşa) ilə görüşəcək.
76 kq
Səbirə Əliyeva da yarışa uğurlu start götürüb. O, yunanıstanlı Aykaterinierini Pitsiavaya göz açmaq imkanı verməyib - 9:0. 1/4 finaldakı rəqib Georgina Neltorp (Böyük Britaniya) olacaq.
Bundan əlavə, ötən gün finala yüksələn iki güləşçimiz bu gün həlledici görüşlərdə qızıl medal axtarışına çıxacaqlar.
Sərbəst güləş
65 kq
Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev turnirə erməni güləşçi Valodya Franqulyanla start verib və rəqibinə göz açmağa imkan verməyib - 6:0. İdmançımız 1/4 finalda belaruslu George Koliyevi sınağa çəkib. Koliyev görüşə yaxşı başlasa da, idmançımız əzmkarlıq nümayiş etdirərək, 7:5 hesablı qələbəyə sevinib. Əliyev yarımfinalda Ukraynanı təmsil edən Xor Oqannesyanla qarşılaşıb. Gərgin keçən görüşdən qalib ayrılan pəhləvanımız finala yüksəlib. Onun son rəqibi gürcüstanlı Vladimer Xiceqaşvili olacaq.
97 kq
Nurməhəmməd Hacıyevin ilk rəqibi polşalı Radoslav Baran olub. Rəqibini 8:0 hesabı ilə üstələyən idmançımız 1/4 finalda Elizbar Odikadze ilə qarşılaşıb. Gürcüstan təmsilçisi də Nurməhəmmədlə bacarmayıb. Hacıyev bu dəfə 7:3 hesablı qalibiyyətlə yarımfinala yüksəlib. Onun final yolundakı rəqibi Murazi Mçedlidze (Ukrayna) olub. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Hacıyev qızıl medal uğrunda mübarizə aparacaq. Həlledici görüşdə Nurməhəmməd bu çəkinin şəksiz lideri rusiyalı Abdulrəşid Sadullayevlə üz-üzə gələcək.
Qeyd edək ki, ilk yarış günündən sonra millimiz 1 qızıl, 2 bürünc medal əldə edib.
***
Bu gün “Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın əsas qızıl medal ümidlərindən biri Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq. Bundan başqa, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar.
Azərbaycan idmançıları 7-ci yarış günündə stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da qüvvələrini sınayacaqlar.
Stend atıcılığı
Kişilər, Skit, təsnifat mərhələsi
10:00. Emin Cəfərov
Qadınlar, Skit, təsnifat mərhələsi
10:00. Nurlana Cəfərova, Regina Meftahətdinova
Güləş
Qadın güləşi
57 kq, 1/8 finaı
12:50. Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)
62 kq, 1/8 final
13:30. Elmira Qəmbərova – Lusi Manzke (Almaniya)
76 kq, 1/8 final
13:50. Səbirə Əliyeva – Aykaterini-Eyrini Pitsiava (Yunanıstan)
50 kq, 1/4 final
14:10. Mariya Stadnik – Emanuella Liuzzi (İtaliya)/Anna Lukasyak (Polşa) cütünün qalibi
Sərbəst güləş
65 kq, final
19:50. Hacı Əliyev – Vladimir Xinçeqaşvili (Gürcüstan)
97 kq, final
20:40. Nurməhəmməd Hacıyev – Abdulraşid Sadullayev (Rusiya)
Badminton
Kişilər, fərdi yarış, 1/8 final
13:35. Ezmi Qovimuramadhoni – Mark Kalyou (Hollandiya)
Gimnastika
İdman gimnastikası
Kişilər, çoxnövçülük
14:00. İvan Tixonov
Qadınlar, çoxnövçülük
14:00. Marina Nekrasova
Kayak və kanoelərdə avarçəkmə
Qadınlar, K-1, 200 m, B finalı
15:00. Mariya-Lorena Manolitsa