Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gəlib.
O, Koliyevi də 7:5 hesabı ilə üstələyərək yarımfinala çıxıb.
Finala gedən yolda 28 yaşlı idmançı daha bir erməni - Ukrayna təmsilçisi Hor Ohanesyanla qarşılaşacaq.
97 kq çəkidəki Nurməhəmməd Hacıyev isə 1/8 finalda polşalı Radoslav Baranı məğlubiyyətə uğradıb - 6:0. Onun 1/4 finaldakı rəqibi gürcüstanlı Elizbar Odikadze olub. N.Hacıyev 7:3 hesablı qələbə sayəsində yarımfinala yüksəlib və o da Ukrayna təmsilçisi - Murazi Mçedlidze ilə görüşəcək.
***
Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.
Offsideplus.az-ın məlumatına görə, bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulub.
Bütün idmançılarımız turnirə 1/8 final mərhələsindən start veriblər.
Sərbəst güləş
65 kq
Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev turnirə erməni güləşçi Valodya Franqulyanla start verib və rəqibinə göz açmağa imkan verməyib - 6:0. İdmançımız 1/4 finalda belaruslu George Koliyevi sınağa çəkəcək.
97 kq
Nurməhəmməd Hacıyevin ilk rəqibi isə polşalı Radoslav Baran olacaq.
Qadın güləşi
68 kq
İrina Netreba Oyunlara isveçli Cenni Franssonla start verəcək.
Bundan başqa ilk yarış günü mübarizəyə qoşulmuş 4 güləşçimiz medallar uğrunda mübarizə aparacaqlar.
57 kq
Mahir Əmiraslanov finalda Stevan Miçiçlə üz-üzə gələcək.
74 kq
Hacımurad Hacıyev təsəlliverici görüşlərdə iştirak edib. Onun “bürünc yolu”ndakı ilk rəqibi yunanstanlı Kirillos Binenpaum olub. Rəqibi üzərində inamlı qələbə qazanan (10:3) pəhləvanımız medal şansını davam etdirib. O, "bürünc" uğrunda görüşdə Vasil Mixaylovla (Ukrayna) üz-üzə gələcək.
86 kq
Aleksandr Qostiyev bürünc medal uğrunda güləşəcək. Onun rəqibinin adına bu gün aydınlıq gələcək.
125 kq
Camaləddin Məhəmmədov da üçüncülük üçün yarışacaq. Onun rəqibi Rares Çintoan (Rumıniya) olacaq.