Əfsanəvi atlet Useyn Bolt peşəkar futbolçu olmaq fikrindən əl çəkmədiyini deyib.
Offsideplus.az xəbər verir ki, yamaykalı ümidini itirmədiyini bildirib.
“İnsanlar hər şey deyə bilər. Buna alışmışam. Yüngül atletikaya gələndə pis qarşılandım. Heç kim mənə inanmırdı. Bir müddət sonra fikirlər dəyişdi. Futolçu olmaq istəyirəm. Buna görə məni tənqid edənlərə gülürəm. Bilirəm ki, arzum həyata keçəcək. Poqba və Sterlinq futbolçu olmaq istədiyimi eşidəndə sevindi. Söhbət puldan getmir. Sadəcə, ürəyimdən keçəni reallaşdırmaq istəyirəm”, - Olimpiya çempionu deyib.
Xatırladaq ki, Bolt Avstriyanın "Sentral Kost Mariners" klubunda iki yoldaşlıq matçında meydana çıxıb. Oyunların birində dubl edib. Danışıqlar alınmadığı üçün klubdan gedib. Deyilənlərə görə, yamaykalı sprinter klubdan yüksək məvacib tələb edib.