İtaliya A seriyasının XXVIII turu "Atalanta" üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, "Udineze" üzərində səfər qələbəsi qazanan komanda yeni rekord müəyyənləşdirib.
3:2 hesabı ilə qalib gələn "Atalanta" cari mövsüm qol sayını 80-ə çatdırıb. Komanda 61 ildən sonra 28 tur ərzində bu göstəriciyə nail olan ilk klub olub. 1958/59 mövsümündə "Fiorentina" aktivinə 86 qol yazdırıb. "Atalanta" eyni zamanda A seriyasında özünün ən yaxşı göstəricisini də yeniləyib.
Qeyd edək ki, komanda hazırda 57 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.