İspaniya 2-ci liqasında 36-cı turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti oyununa çıxıb.
Kollektiv səfərdə “Rasinq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 62-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Albasete” hazırda 43 xalla 16-cı pillədə qərarlaşıb.