Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "sarı larcivərtlilər" bir neçə il əvvəl sıralarına cəlb etdiyi braziliyalı futbolçu Joze Fernandaonu yenidən heyətinə qatmağa yaxındır.
Belə ki, 2015-ci ildə İstanbul təmsilçisinə transfer edilən 33 yaşlı hücumçu 2018-ci ildə Səudiyyə Ərəbistanının "Al Vahda" klubuna keçmişdi. Lakin həmin klubda cəmi 6 ay forma geyinən "sambaçı" sonradan ölkəsinin "Bahia" komandasına gedib.
"Fənərbağça" sözügedən futbolçu üçün yenidən danışıqlara başlayıb və yayda bu keçidi həll etmək niyyətindədir.
Fernandao özü də Türkiyədəki günlərini xatırladığını və yenidən "Fənər"ə qayıtmaq istədiyini bildirib.