"Ayaks"ın hücumçusu Brayan Brobbey "Leyptsiq"lə müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin saytı məlumat yayıb. 19 yaşlı miderlandlı hücumçu "Leyptsiq"ə azad agent statusu ilə keçəcək. Yəni almanlar bu transferə görə pul ödəməyəcək. Müqavilənin müddəti isə 4 illikdir. 

İstedadlı forvard cari mövsümdə Eredeviziyada 7 oyunda 111 dəqiqə forma geyinib və 2 qola imzasını yazdırıb. 

EwRVnQbXAAAhVE3