DÇ-2026-nın seçmə mərhələsində Argentina millisi Ekvadoru 1:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, argentinalılar dünya çempionatlarının seçmə mərhələlərində məğlubiyyətsizlik seriyasını 22 matça çatdırmaqla rekordu yeniləyib. 

Qeyd edək ki, Cənubi Amerikada rekord ardıcıl 34 məğlubiyyətsiz görüşlə Braziliyaya məxsusdur. Mütləq rekordçu isə 66 məğlubiyyətsiz oyunla İspaniyadır.