“Vorskla” barədə nə isə danışmaq çətindir.
Qrup mərhələsinə düşdüyü üçün kluba 3 milyon avro verilib. Amma Poltava təmsilçisi futbolçulara borclarını tam ödəməyib”.
Offsideplus.az xəbər verir ki, bunu ukraynalı məşqçi Oleq Fedorçuk deyib.
Öz ölkəsinin avrokuboklardakı təmsilçiləri barədə fikirlərini açıqlayan mütəxəssis Avropa Liqasının sabah keçiriləcək IV turunda “Qarabağ”la üz-üzə gələcək “Vorskla”ya da toxunub: “Belə şəraitdə oynamaq çətindi. Nəzərə almaq lazımdı ki, əksər oyunçular gənc deyil. Onların ailələri var. İndi aydın şəkildə “Vorskla”nın bəxti gətirir. Hücumçu Vladislav Kulaçın gözəl formada olması sayəsində hər dəfə xilas olurlar. O da hər oyunda qol vurur. “Arsenal”la bərbad oynadılar, “Sportinq”lə görüşdə səhvlər etdilər. “Vorskla” “Qarabağ”a da uduzmalı idi. Amma azərbaycanlılar ev oyununda çox yorğun təsiri bağışladılar. Poltava klubu 1/16 finala vəsiqə deyil, Ukrayna Premyer Liqasındakı 3-cü yeri qorumağı düşünməlidi. Çünki bu yer Avropa Liqasınn qrupuna birbaşa vəsiqə, eyniz amanda ciddi maliyyə vəsaiti gətirir”. (matc.az)