Məşqçilərin dünya reytinqi açıqlanıb.

Offsideplus.az  xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.

"Qarabağ” və milli komandanın çalışdırıcısı Qurban Qurbanov mövqeyini əldən verib. Hesabında 685 xal olan 46 yaşlı mütəxəssis 587-ci yerdədir. O, ötən həftə ilə müqayisədə 73 pillə geriləyib.

“Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin isə 190 pillə geriləyib. O, hazırda 482 xalla siyahının 703-cü pilləsində qərarlaşıb.

Siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 14 min 774 xal.