Azərbaycan triatlonçusu Rostislav Pevtsov Portuqaliyada keçirilən Avropa Kubokunun final yarışında 5-ci yeri tutub.

Offsideplus.az, idmançımız 750 metrlik su mərhələsini 9 dəqiqə 13 saniyəyə başa vurub. O, 20 kilometr məsafəyə veloyürüşü 28 dəqiqə 25 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 42 saniyə nəticə ilə başa vurub.

Ümumi hesablamada R.Pevtsov 56 dəqiqə vaxt göstəricisilə 5-ci yerə layiq görülüb.

Turnirdə 51 idmancı mübarizə aparıb. Yarışın qalibi belçikalı Marten Van Riel olub.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 58 dəqiqə 56 saniyəlik nəticə ilə 14-cü olub.