Ulduz futbolçu Kristiano Ronaldo ilə komanda yoldaşı ola bilər.

Offsideplus.az xəbər verir ki, "Liverpul" ilə müqavilə müddəti sona yaxınlaşan Mohamed Salaha Səudiyyə Ərəbistandan iki təklif var. Bu barədə "Fichajes" məlumat yayıb.

"Əl-Nəsr" və "Əl-Əhli" misirli futbolçunu heyətinə cəlb etmək uğrunda mübarizə aparır. Oyunçuya Premyer Liqa klubunda aldığı maaşın 3 qatı veriləcəyi bildirilib.

32 yaşlı hücumçunun İngiltərə təmsilçisində 22 milyon avroya yaxın məvacib aldığı məlumdur.

Qeyd edək ki, Salah yeni mövsümdə "qırmızılar"ın formasında meydana çıxdığı 8 matçda 5 qola və 4 məhsuldar ötürməyə imza atıb.