İngiltərədə çıxış edən futbolçu qeyri-adi səbəbdən zədələnib.

Offsideplus.az xəbər verir ki, İngiltərənin III Liqasında "Bolton Vanderers"in formasını geyinən Viktor Adeboyejo güclü asqırdığı üçün zədələnib. 

Bel nahiyyəsində yüngül zədəsi olan oyunçunun güclü asqırması bu zədəni daha da şiddətləndirib. 

Nəticədə, nigeriyalı futbolçu "Barrou" ilə oyunu buraxmaq məcburiyyətində qalıb və qeyri-müəyyən müddətə sıradan çıxıb.