Messi Kopa Amerikanın finalında aldığı zədəyə görə bir müddətdir ki, yaşıl meydanlardan uzaq qalıb.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçunun son durumuna aydınlıq gəlib. 

"İnter Mayami"nin baş məşqçisi Gerardo Martino argentinalının zədədən geri dönməsinə çox az zamanın qalmasını bildirib:

"Messi indi yaxşı vəziyyətdədir. Yenidən məşqlərə başlayıb. Şənbə günü olan matçda oynayacağını düşünürük. Bu günki çalışmanın ardından taktikamızı müəyyən edəcəyik".

Qeyd edək ki, Messi bu mövsüm komandası ilə MLS-də çıxdığı 12 qarşılaşmada 12 qola və 9 məhsuldar ötürməyə imza atıb.