Klod Makelele Yunanıstan klubunu çalışdıracaq.

Offsideplus.az xəbər verir ki, "Çelsi" əfsanəsi "Asteras Tripolis" klubunun baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, o, 2017-2019-cu illərdə Belçikanın "Eypen" klubunu sükanı arxasında olub. Makelele futbolçu karyerası ərzində "Real Madrid", PSJ, "Çelsi", "Nant", "Marsel", "Selta" kimi klublarda çıxış edib.