Qətərin "Əl Qarafa" klubunda çıxış edən Uesli Sneyder ölümdən dönüb.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında "Qalatasaray"ın "Lokomotiv"lə oyununu (3:0) izləyən və daha sonra qələbəni qeyd edən hollandiyalı futbolçu evə gedərkən qəza keçirib.
34 yaşlı yarımmüdafiəçinin avtomobilinə ziyan dəysə də, özü kiçik xəsarətlə canını qurtarıb.
Qeyd edək ki, hollandiyalı futbolçu bir neçə mövsüm "Qalatasaray" klubunun formasını geyinib.