Futzal üzrə Yüksək Liqada 2023-24 mövsümünə start verilib.

Offsideplus.az xəbər verir ki, bu gün baş tutan ilk turun hər üç qarşılaşma Bakı İdman Sarayında keçirilib.

“Neftçi” İK “Baku Fire”, “Record club” U-19 ilə heç-heçə oynayıb. “Araz-Naxçıvan” isə startda böyük hesablı qələbə qazanıb.

Yüksək Liqa
I tur
26 sentyabr

“Neftçi” İK – “Baku Fire” – 5:5

“Record club” – U-19 – 2:2

“Araz-Naxçıvan” – “Yasamal Bakı” – 12:0