Azərbaycanlı futbolçu Araz Abdullayev yeni klubu “Lapi"də rəsmi debüt edib.

Offsideplus.az  xəbər verir ki, o, Kosovo Superliqasının 3-cü turunda “Fuşe Kosova"ya qarşı səfər matçında oynayıb.  Görüş “Lapi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.  Araz 84-cü dəqiqədə meydana daxil olub.

“Fuşe Kosova” - “Lapi” - 1:2

Qollar:  Krasniqi, 29 (1:0), Blakçori, 49(1:1), Hayseni, 76 (1:1)

3 turdan sonra 6 xal toplayan "Lapi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.