"Nitsa"dan ayrıldıqdan bəri klubsuz olan Ross Barkli özünə yeni iş yeri tapıb.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 29 yaşlı mərkəz yarımmüdafiəçisi "Luton Taun"la anlaşıb.
Onun keçidi yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Barkli "Nitsa"ya "Çelsi"dən keçmişdi.