Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” (Berlin) klubu Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 2-ci turunda “Altqlınike” ilə qarşılaşıb.

Görüş “Dinamo”nun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Meydana start heyətində çıxan Dadaşov 70-ci dəqiqəyə kimi meydanda olub. O, 37-ci dəqiqədə komandasının yeganə qolunu vurub.