Növbəti mövsümə hazırlıqları davam etdirən “Səbail” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Şahin Diniyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib. Bakı klubunun qollarını Petro Nuno, Aleksandr Romalinqom (2) və Ağabala Ramazanov vurub.

Qeyd edək ki, "Səbail"in Superliqa təmsilçiləri "Konyaspor" və “Sivasspor”la da oyunları nəzərdə tutulub.