Belçikanın "Antverpen" klubunun futbolçusu Viktor Fişer peşəkar karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi 29 yaşında vida qərarı verib. 

Qeyd edək ki, Viktor Fişer "Orxus"un yetirməsidir. O, karyerası ərzində "Ayaks", "Midlzbro", "Maynts", "Kopenhagen" və AİK-də çıxış edib. Fişer Danimarka millisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol vurub.