Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilir. 

Offsideplus.az  xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.

Komanda səfərdə “Kaan-Marienborn”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Şalke”nin ikinci komandası bu nəticədən sonra 34 xalla 18 komanda arasında 8-ci pillədə yer alıb.