Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Asiya zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu elan edib.
Offsideplus.az xəbər verir ki, bu, Cənubi Koreya millisinin və "Tottenhem"in hücumçusu Son Hın Mindir.
Son ötən il Cənubi Koreya yığması ilə Qətərdə təşkil olunan dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib. Komanda bu raundda Braziliya yığmasına uduzub.