Almaniya Qərb Regional Liqasında 21-ci turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” doğma meydanda “Rodinqhauzen”lə qarşılaşıb. "Şalke-2" bu oyunda qalib gəlib – 4:1.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Hücumçu 19 və 23-cü (penaltidən) dəqiqədə fərqlənməklə dubl edib.

Qeyd edək ki, “Şalke-2” ikinci komandası bu nəticədən sonra 33 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.