"Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Braziliya millisindən təklif alıb.
Offsideplus.az xəbər verir ki, Braziliya Futbol Federasiyasının nümayəndəsi Qvardiolanın qardaşı və meneceri olan Pere Qvardiola ilə danışıq aparıb. Xosep qardaşına "Mançester Siti"də yarımçıq işinin olduğunu bildirərək təklifi rədd edib.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.