"Çelsi" klubunun sabiq baş məşqçisi Avram Qrantın yeni iş yeri məlum olub.
Offsideplus.az xəbər verir ki, israilli mütəxəss Zambiya millisinin baş məşqçisi təyin olunub. Onunla 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, "Çelsi”dən ayrıldıqdan sonra “Portsmut”, “Vest Hem”, “Partizan” kimi klublarda çalışmış 67 yaşlı məşqçi daha əvvəl də Afrikada işləyib. O, 2014-17-ci illərdə Qana millisinin baş məşqçisi olub. Qrant 2018-ci ildən işsiz idi.