Azərbaycan millisinin üzvü Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun düşərgəsinə vaxtından əvvəl qayıdıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı hücumçuya dekabrın 19-dək istirahət verilsə də, o, 2 gün öncə komandaya qoşulub.
Əvvəlcə fərdi məşqlərlə kifayətlənən forvard artıq kollektiv hazırlıqda iştirak edir.